6 məktəbə direktor təyinatı həyata keçirilib.
Mecra.az xəbər verir ki, bu barədə Teleqraf-a Gəncə-Daşkəsən Regional İdarəsindən məlumat verilib.
Hacıyeva Günel Vilayət qızı – Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
Həmidova Pərvanə Qurban qızı – Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
Camalzadə Leyla Hümbət qızı – Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
Muradova Günel Oruc qızı – Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;
Məmmədova Günel Elçin qızı – Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru;
Məmmədov Seymur Vaqif oğlu – Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıb.





























