Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh müqaviləsini parlament seçkilərinə qədər imzalamaq niyyətində olduğunu bildirib. O, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Mecra.az xəbər verir ki, Paşinyan jurnalistin sazişin seçkilərə qədər imzalanacağına inanıb-inanmadığı ilə bağlı sualını cavablandırarkən, bunun gündəlikdə olduğunu vurğulayıb. “Mənim belə bir gündəliyim var. Gəlin, hisslərdən danışmayaq. Gündəliyimizdə ötən ilin dekabrında, yanvarında, oktyabrında, aprelində imzalamaq var idi, çünki sülh sazişi layihəsi üzrə müzakirələr ötən ilin martında başa çatıb. Ona görə də işləməyə davam edəcəyik”, – deyə o qeyd edib.
Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 7 iyun 2026-cı il tarixində keçirilməsi planlaşdırılır (Nocomment.az).





























