Cəlilabad rayonununda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030 -cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Mecra.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyasının və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Cəlilabad şəhər 3 saylı tam orta məktəbində tədbir keçirilmişdir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov, Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin direktoru, müəllimlər və valideyinlər iştirak etmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Seymur Abbasov çıxış edərək narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırmışdır.
Şahin İsmayılov problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirmişdir. Həmçinin yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılmasının lazım olduğunu vurğulamışdır.
Sonda iştirakçıların sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.





























