Cümə axşamı, Fevral 5, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Elm və təhsil

"Mənə söylədi Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan" - Şikayətçi

04 Fevral, 26 / 10:58
A A
"Mənə söylədi Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan" - Şikayətçi

“Yanvarın 28-i dalandar kimi çalışdığım İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta məktəbindən qanunsuz şəkildə 70 “Ç” bəndi ilə işdən çıxarılmışam”.

Mecra.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya İmaməddin Həsənov müraciət edib.

Onun sözlərinə görə, 2017-ci ildən çalışdığı məktəbdə öz vəzifəsinə məsuliyyətlə yanaşsa da, direktor Ruslan İbayev uzun müddətdir onu işdən çıxarmaqla hədələyib: “Bu günə qədər əməkhaqqımdan 1 manat belə tutulmayıb, şəxsi işimdə nə töhmət, nə xəbərdarlıq var. Yanvarın 28-i arxiv tabellərimə də baxıldı, hamısının qarşısında işə vaxtında gəlib getməyimlə bağlı imzam var. Lakin məktəbin direktoru Ruslan İbayev mənə uzun müddətdir deyirdi ki, ərizəni yaz, işdən çıx. Niyə ərizə yazıb işdən çıxmalı idim? İşə gecikirdimsə, ya xəbərdarlıq edərdi, ya töhmət verərdi, ya da həmin günün maaşından tutulardı.

Mənə söylədi ki, regionalın müdiri Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan. Dedim haradan tanıyır məni? Cavab olaraq isə “çox danışırsan, ərizəni yazıb çıx, çıxmırsansa, səni 70 “Ç” ilə işdən çıxaracağam”, – deyə bildirdi. Yanvarın 28-i məni işdən çıxardı. İki ay bundan əvvəl də bir şəhid qardaşını işdən çıxarmışdı.

İşdən 70 “Ç” ilə çıxarılmağım ədalətsizlikdir. Bundan əvvəl məktəb direktoru Famil İbişov idi. Onun vaxtında da mənim töhmətim olmayıb, hansısa problem də yaşamamışam. Harasa getməliyəmsə, hansısa vacib işim olubsa, rəsmi şəkildə ərizə yazıb, icazə almışam”.

Şikayətçi iddia edir ki, R.İbayev məktəbin ehtiyaclarını bəhanə edərək ondan dəfələrlə pul istəyib: “2022-ci ildə direktor kimi gələndən sonra 4-5 dəfə məndən 40-50 manat pul aldı. Bir dəfə dedi ki, məktəbə mühərrik və su şlanqı alınmalıdır, daha sonra ağac əkilməli və “setka” çəkilməli olduğunu söylədi. Son vaxtlar deyirdi ki, bu pulu artıq daim verməlisən. Mən də etirazımı bildirdim, belə bir şeyi qətiyyən etməyəcəyimi söylədim. İki körpə övladım var, səkkiz saat işləyirəm, 395 manat maaş alıram. Mən hər dəfə ona necə pul verim? Niyə verməliyəm? Özü də əməkhaqqı alır, məktəb üçün nəsə edə bilirsə, etsin, edə bilmirsə, hər ay mən 50 manat verməliyəm? Elə bu məsələnin üstündə çox təkid etdi ki, ərizə yazıb işdən çıx, mən də onun dediyini etmədim. Hətta məktəbin gözətçisindən də pul alıb, ondan minlərlə manat pul tələb edib. Həmin adamın əlində faktlar, direktorun səs yazıları var idi, şikayət etdi. İş də hazırda prokurorluqdadır”.

Yanvarın 28-i Həmkarlar İttifaqının iclasında haqqında müsbət qərar verildiyini deyən İ.Həsənov elə həmin gün direktorun onu işdən azad etdiyini bildirib: “Həmkarlar İttifaqının sədri Gülnar Zeynalovanın iştirakı ilə iclas keçirildi. İclasda məni səsə qoydular. İşçilərin hamısı dedi ki, İmaməddin qalsın, çıxarılmasın. Ruslan İbayevin həyat yoldaşı, rəsmxətt müəllimi Rəmziyə İbayeva, əmisi oğlu, hərbi işlər üzrə direktor müavini Anar İbayev və onun həyat yoldaşı Günay İbayeva əllərini qaldırdı ki, işdən çıxım. Digər müəllimlər də “getməsin, vaxtlı-vaxtında işinə gələn biridir” dedilər. Hətta bir müəllim bildirdi ki, işə gəlmirdisə, maaşından tutardınız, rəsmi xəbərdarlıq edərdiniz: “Töhmət vermədən, rəsmi xəbərdarlıq etmədən aramızda səsə qoyursunuz, bizlik bir şey yoxdur”.

Daha sonra Gülnar Zeynalova da dedi ki, arxiv tabelinə baxıb, belə işçinin səsverməyə çıxarılması da gülüncdür. Orada mənim xeyirimə qərar verildi, bildirildi ki, 3 nəfərin iddiası haqsızdır. Amma axşamüstü İmişli rayonunun sektor müdiri Elşad müəllimlə məktəbin direktoru Ruslan müəllim dedi ki, ya ərizəni yaz, ya da səni məcbur biz çıxaracağıq. Video da var əlimdə. Özlərinə də onları məhkəməyə verəcəyimi, Əmək Müfəttişliyinə şikayətimi bildirəcəyimi söylədim. Dediyim kimi, müraciət etdim, məsələnin 15-30 gün ərzində araşdırılacağını, araşdırma müsbət nəticə verərsə, işimə bərpa olunacağamı, direktorun isə cərimə ediləcəyini bildirdilər”.

Fotoda Ruslan İbayev

İmaməddin Həsənovun iddiasına görə, direktorun onunla qalmaqallı münasibətinə başqa səbəb də var: “Direktor Gülnar Zeynalovanın işdən çıxarılması barədə olan sənədə bütün işçilərin adını salıb və saxta imza çəkib. Regiondan yoxlama gəldi, izahat alındı, dedim ki, həmin sənəddə adıma olan imzadan xəbərim yoxdur, ekspertizaya verib araşdırın, görün bunu kim edib? Həmkarlar tərəfindən bayramlarda iki dəfə maaş kartıma 50 AZN pul köçürülüb, hər il bir dəfə istirahət üçün göndərişimi götürürəm. Həmin qurumdan heç bir narazılığım yoxdur. Sonra direktor mənə dedi ki, sən nahaq bu işi gördün.

Bildirdim ki, mənim adımdan niyə qeyri-qanuni iş görülməlidir ki? Mənim xəbərim olmadan adım oraya salınıb, üstəlik mənim imzamın oxşarı kimi qol çəkilib. Bu, düzgün deyil. O da dedi ki, mən belə məsləhət görmüşəm. Bu hadisədən sonra dedi ki, səni işdən çıxaracağam. Hətta dəfələrlə atama da zəng edib onu narahat edirdi ki, oğlun işdən çıxsın”.

Səsləndirilən iddialarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, idarə tərəfindən təhsil müəssisələrində fəaliyyətin səmərəliliyinin artırılması, əmək intizamına riayət olunması və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta məktəbində keçirilmiş monitorinq zamanı dalandar vəzifəsində çalışan Həsənov İmaməddin Əşrəf oğlunun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, fəaliyyəti zamanı nöqsanlara yol verdiyi aşkar edilib. Qanunvericiliklə nəzərdə tutulmuş əmək funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib”.

Məsələ ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinin də mövqeyini öyrəndik. Saytımıza bildirildi ki, qurum tərəfindən araşdırma aparılır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, ötən həftə sözügedən məktəb direktorunun şagirdlərdən birini döydüyü iddia olunaraq bununla bağlı videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən isə bildirilmişdi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır, şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

Əvvəlki yazı

Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak oldu - Siyahı

Növbəti yazı

9-cu sinif buraxılış imtahanlarının qrafiki açıqlandı

XƏBƏR LENTİ

Prezident mükafata görə belə təşəkkür etdi - FOTO

Prezident mükafata görə belə təşəkkür etdi - FOTO

Fevral 4, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi - Açıqlama

Bu da qardaşı uşaqlarını baltalayan ƏMİNİN FOTOSU

Fevral 4, 2026
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində forum keçirildi - FOTOLAR

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində forum keçirildi - FOTOLAR

Fevral 4, 2026
Şəmsi Səmədzadə mal-qara oğurluğuna görə tutuldu - Oğlu da yanında imiş

Şəmsi Səmədzadə mal-qara oğurluğuna görə tutuldu - Oğlu da yanında imiş

Fevral 4, 2026
İlham Əliyevə mötəbər mükafat verildi - FOTOLAR-VİDEO

İlham Əliyevə mötəbər mükafat verildi - FOTOLAR-VİDEO

Fevral 4, 2026
İcra başçısı daha bir kənddə vətəndaşlarla görüşdü - FOTOLAR

İcra başçısı daha bir kənddə vətəndaşlarla görüşdü - FOTOLAR

Fevral 4, 2026
Cəlilabadda narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi - FOTOLAR

Cəlilabadda narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi - FOTOLAR

Fevral 4, 2026
Ərinin videosuna görə istefa ərizəsi yazan qadın yola salındı

Ərinin videosuna görə istefa ərizəsi yazan qadın yola salındı

Fevral 4, 2026
İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə hansı məsələlər üzrə razılığa gəliblər?

İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə hansı məsələlər üzrə razılığa gəliblər?

Fevral 4, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi - Açıqlama

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi - Açıqlama

Fevral 4, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Fevral 4, 2026
Qar yağacaq - Sabahın havası

Qar yağır, yollar buz bağlayacaq - Sabahın havası

Fevral 4, 2026
General yüksək vəzifəyə təyin edildi

General yüksək vəzifəyə təyin edildi

Fevral 4, 2026
Magistratura imtahanında iştirak etmək istəyənlərin nəzərinə!

9-cu sinif buraxılış imtahanlarının qrafiki açıqlandı

Fevral 4, 2026
"Mənə söylədi Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan" - Şikayətçi

"Mənə söylədi Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan" - Şikayətçi

Fevral 4, 2026
Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak oldu - Siyahı

Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak oldu - Siyahı

Fevral 4, 2026
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - VİDEO - FOTOLAR

Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - VİDEO - FOTOLAR

Fevral 4, 2026
"Oğlumun yasını vermək əvəzinə qaynımın Novxanıdakı bağında yeyib-içdilər" - Cümşüdün anası

"Oğlumun yasını vermək əvəzinə qaynımın Novxanıdakı bağında yeyib-içdilər" - Cümşüdün anası

Fevral 3, 2026
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm..." - Sabir Yusifoğlunun şeirləri

Mənə bir məktub göndər, bilim ki, ölməmişəm..." - Sabir Yusifoğlunun şeirləri

Fevral 3, 2026
"25 ildir Rumıniyada yaşayıram..." - 40 villa alan keçmiş icra başçısının oğlu danışdı

"25 ildir Rumıniyada yaşayıram..." - 40 villa alan keçmiş icra başçısının oğlu danışdı

Fevral 3, 2026
Rafiq Cəlilov təmir olunacaq ərazilərə baxış keçirdi - FOTOLAR

Rafiq Cəlilov təmir olunacaq ərazilərə baxış keçirdi - FOTOLAR

Fevral 3, 2026
Sakinlərin DİQQƏTİNƏ! - Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir

Sakinlərin DİQQƏTİNƏ! - Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir

Fevral 3, 2026
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı

Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı

Fevral 3, 2026
Cəlilabadda əmisinin baltaladığı 12 yaşlı oğlanın vəziyyəti açıqlandı

Cəlilabadda əmisinin baltaladığı 12 yaşlı oğlanın vəziyyəti açıqlandı

Fevral 3, 2026
Prezident "Sülh Qalxanı - 2026" təlimini izlədi - FOTOLAR

Prezident "Sülh Qalxanı - 2026" təlimini izlədi - FOTOLAR

Fevral 3, 2026
Qar yağacaq - Sabahın havası

Yağış, qar, duman... - Sabahın havası

Fevral 3, 2026
"Alma ovu"na çıxan qalmaqallı məmur vəzifəsini itirdi

"Alma ovu"na çıxan qalmaqallı məmur vəzifəsini itirdi

Fevral 3, 2026
Polad Həşimovun övladları ilə son fotosu

Polad Həşimovun övladları ilə son fotosu

Fevral 3, 2026
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Fevral 3, 2026
Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı  - FOTO

Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı  - FOTO

Fevral 3, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.