Cəlilabad rayonunda Sabirabad kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib.
Mecra.az xəbər verir ki, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun 14 yanvar 2026-cı il tarixdə Sabirabad kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmışdır.
Sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər dinlənilmiş, qaldırılan problemlərin bir qisminin yerində həlli təmin olunmuş, digərlərinin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir. Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Vasif ƏLİHÜSEYN































