Cəlilabad rayonundan olan itkin şəhiddən xəbər var.
Mecra.az xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşən Cəlilabad rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları tapılıb.
Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.
M.Quliyev 31.10.1958-ci ildə anadan olub. O, 1992-ci ildə itkin düşüb. O, ailəli olub və üç övladı var.
Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN






























